Modern.az

Misirli nazir Ermənistan pavilyonunda: Hərbi əməkdaşlıq - FOTOLAR

Misirli nazir Ermənistan pavilyonunda: Hərbi əməkdaşlıq - FOTOLAR

Dünya

6 Dekabr 2023, 14:34

Misirə işgüzar səfəri çərçivəsində Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan bu ölkənin dövlət hərbi sənaye naziri Məhəmməd Salah əd-Din Mustafa ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, nazirlər  hərbi sənaye sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

 

"Tərəflər Ermənistan-Misir dostluq münasibətlərinin yüksək səviyyədə olmasının vacibliyini vurğulayıblar. Robert Xaçatryan Ermənistan tərəfinin Misirlə hərbi sənaye, istehsal sahələrində əməkdaşlığa, eləcə də peşəkar təcrübə mübadiləsinə hazır olduğunu bildirib. Nazirlər iki ölkənin texnoloji və istehsal potensialının müəyyən edilməsi və əməkdaşlıq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması məqsədilə mütəxəssislərin qarşılıqlı səfərlərinin təşkili barədə razılığa gəliblər", - deyə məlumatda qeyd olunub.

 

Misirli nazir "EDEX 2023" sərgisinin Ermənistan pavilyonuna baş çəkib və nümayiş etdirilən hərbi məhsullarla tanış olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi