Modern.az

Navalnı YOXA ÇIXIB

Navalnı YOXA ÇIXIB

Dünya

8 Dekabr 2023, 12:56

Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı yenidən videobağlantı vasitəsilə məhkəməyə qoşula bilməyib.

 

Modern.az "Meduza"ya istinadən xəbər verir ki, onun tərəfdaşları artıq üç gündür, siyasətçinin harada olduğunu bilmirlər.

 

Həbsxana işçiləri Aleksey Navalnının iclaslarda iştirak etməməsini “qəza və elektrik enerjisinin olmaması” ilə izah ediblər. Bundan başqa, hələ də vəkilin siyasətçi ilə görüşünə icazə verilmir.

 

Dünən Navalnının vəkili bütün günü cəzaçəkmə müəssisəsində olub, onu gözləyib, amma siyasətçi ilə görüşə icazə verilməyib.

 

Artıq üçüncü dəfədir ki, Navalnı məhkəməyə çıxarılmır. Siyasətçinin harada olduğu və onunla nə baş verdiyi məlum deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu