Modern.az

Putin namizədliyini ELAN ETDİ

Putin namizədliyini ELAN ETDİ

8 Dekabr 2023, 15:16

Hazırkı Rusiya rəhbəri Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, Ukrayna ərazisində yaradılmış qondarma DXR parlamentinin spikeri Artem Joqa Putindən seçkiyə getməyi xahiş edib.

 

Rusiya prezidenti razılaşıb. O, qalib gəlsə, bu, Vladimir Putinin beşinci müddətə dövlət başçısı olacaq.

 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib ki, Putin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsi ilə bağlı rusların real tələbi əsasında açıqlama verib.


Hakim Vahid Rusiya Partiyasından isə bildirilib ki, partiya Vladimir Putinin prezidentliyə namizəd kimi irəli sürülməsini şübhəsiz dəstəkləyir və onun qələbəsi üçün hər şeyi edəcək.

 

Qeyd edək ki, Putin 2000-2008-ci illərdə Rusiya prezidenti olub. 2008-2012-ci illərdə baş nazir kimi çalışıb. 2012-ci ildən o, yenidən bu posta sahibdir. 1952-ci ildə Leninqrad vilayətində anadan olan siyasətçi keçmiş DTK işçisidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz pozuldu - Saxlanılanlar var - ANBAAN GÖRÜNTÜLƏR