Modern.az

Mirzoyan Bayramovla Brüsseldə görüşəcək?

Mirzoyan Bayramovla Brüsseldə görüşəcək?

Dünya

8 Dekabr 2023, 21:20

Dekabrın 11-12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşü keçirəcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri də görüşdə iştirak edəcək.

 

Ancaq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə görüşü planlaşdırılmayıb.

 

Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

 

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar və ya görüş nəzərdə tutulmayıb", - XİN-in sözçüsü Ani Badalyan deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi