Modern.az

Quterreşdən Bakı və İrəvanın birgə bəyanatına REAKSİYA

Quterreşdən Bakı və İrəvanın birgə bəyanatına REAKSİYA

8 Dekabr 2023, 23:50

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyir.

 

Modern.az xəbər verir ki, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

 

“Baş katib Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”, - deyə o bildirib.

 

“BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək, xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”- Düjarrik qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə! Prezident Xocalılarla görüşdü Duyğulu anlar yaşandı