Modern.az

Ermənistan prezidenti Argentinaya gedir

Ermənistan prezidenti Argentinaya gedir

Dünya

9 Dekabr 2023, 11:49

Ermənistan prezidenti Vaaqn Xaçaturyan dekabrın 9-12-də Argentina Respublikasında işgüzar səfərdə olacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Vaaqn Xaçaturyan Argentinanın yeni seçilmiş prezidenti Xavyer Milanın andiçmə mərasimində iştirak edəcək.

Prezident Vaaqn Xaçaturyan ilə Argentinanın ali rəhbərliyi və erməni icmasının nümayəndələri arasında görüşlər nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi