Modern.az

Ermənipərəst nazir İrəvan-Bakı razılaşmasını ALQIŞLADI

Ermənipərəst nazir İrəvan-Bakı razılaşmasını ALQIŞLADI

Dünya

9 Dekabr 2023, 14:51

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanla Azərbaycan arasındakı dialoqu və xoşməramlılığı, eləcə də iki ölkə arasında etimad mühitinin dərinləşdirilməsi səylərini təşviq edən birgə bəyanatı alqışlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

"Kanada 2 azərbaycanlı və 32 erməni hərbçinin azad edilməsinə dair razılaşmanı dəstəkləyir və ölkələrin beynəlxalq platformalarda bir-birinə göstərəcəyi dəstəyi yüksək qiymətləndirir. Biz siyasi dialoqun bu misli görünməmiş başlanğıcını iki ölkə arasında davam edən sülh prosesinə doğru bir addım kimi qiymətləndiririk. Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində birgə səylərinə görə alqışlayırıq”.

Xarici işlər naziri Melani Coli bildirib ki, Kanada iki ölkə arasında gələcək konkret etimad quruculuğu tədbirlərini təşviq edir.

“Kanada tərəflər arasında dialoqun davam etdirilməsini təşviq edir və Cənubi Qafqazda sülh və sabitliyin dəstəklənməsinə sadiq qalır”, - nazir deyib.

Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli son vaxtlar tez-tez Azərbaycanı hədəf alan cəfəng fikirlər səsləndirirdi. Kanadalı nazir Azərbaycanı sanksiya ilə hədələməklə ermənipərəst mövqe nümayiş etdirirdi.
O, hətta bu yaxınlarda Ermənistanda olarkən Azərbaycanla sərhədə - döyüş mövqeyinə gəlməklə açıq-aşkar təxribatçılıq etmişdi.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi