Modern.az

Tramp reytinqdə Baydeni ÜSTƏLƏDİ

Tramp reytinqdə Baydeni ÜSTƏLƏDİ

Dünya

9 Dekabr 2023, 18:06

ABŞ-ın keçmiş prezidenti Donald Trampın reytinqi hazırkı dövlət başçısı Co Baydenin reytinqini üstələyib.

Modern.az xəbər verir ki, bu, “The Wall Street Journal”ın keçirdiyi sorğu nəticəsində məlum olub.

Sorğunun nəticələrinə görə, respondentlərin 47%-i Trampa, yalnız 43%-i Baydenə səs verməyə hazır olduğunu bildirib. Qarşıdan gələn seçkilərdə digər potensial namizədlərin iştirakını hesablamaya əlavə etdikdə bu fərq 37%-dən 31%-ə qədər olub.

Digər namizədlər arasında keçmiş demokrat kiçik Robert Kennedi ən populyardır (8%).

Sorğu həmçinin müəyyən edib ki, respondentlərin yalnız 23%-i Baydenin siyasətinin şəxsən onlara fayda verdiyinə inanır, 53%-i isə bunun nəticəsində zərər çəkdiyini bildirib.

Tramp üçün bu rəqəmlər müvafiq olaraq 49% və 37% təşkil edir.
 

Beləliklə, Tramp ilk dəfə “The Wall Street Journal”ın seçkiqabağı sorğularında Baydeni “təkbətək” mübarizə nəticəsində ötüb. Sorğu noyabrın 29-dan dekabrın 4-dək həm onlayn, həm də oflayn rejimdə aparılıb və 1500 nəfər iştirak edib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi