Modern.az

Türkiyədən Ermənistan və Azərbaycan arasında normallaşmaya DƏSTƏK

Türkiyədən Ermənistan və Azərbaycan arasında normallaşmaya DƏSTƏK

9 Dekabr 2023, 23:01

Xəbər verdiyimiz kimi, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

 

Modern.az-ın məlumatına görə, Türkiyənin "Anadolu" agentliyi görüşün bir sıra detallarını açıqlayıb.

 

Məlumata görə, diplomatlar Yaxın Şərqdəki vəziyyətlə yanaşı Azərbaycan və Ermənistan arasında normallaşma və sülh danışıqları prosesini müzakirə edib.

 

“Biz Türkiyə olaraq iki ölkə arasında sülh sazişini dəstəklədiyimizi və bunun reallaşması üçün əlimizdən gələni etdiyimizi bildirdik. Onlar da bu məsələdə həmfikirdirlər, düşünürük ki, normallaşma bölgənin xeyrinə olacaq”, - türkiyəli nazir vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu