Rusiyada hazırda həbsdə olan müxalif siyasətçi Aleksey Navalnı növbəti dəfə məhkəməyə videobağlantı vasitəsilə qoşulmayıb.
Modern.az "Mediazona"ya istinadən xəbər verir ki, yoldaşları artıq altıncı gündür, ondan xəbər ala bilmirlər.
Onun harada olduğunu və başına nə gəldiyini bilmirlər.
“Dekabrın 7-dən biz elektrik enerjisini bilmirik”, - həbsxananın nümayəndələri deyirlər. Rəsmi versiya Navalnının məhkəməyə qoşula bilməməsini bununla əsaslandırır.
"Onlar sadəcə bizi ələ salırlar”, - Navalnının komandasından deyiblər.