Modern.az

Mirzoyan və Bayramov Vaşinqtonda görüşəcək?

Mirzoyan və Bayramov Vaşinqtonda görüşəcək?

13 Dekabr 2023, 22:43

Azərbaycan və Ermənistan xarici işlər nazirləri gələn ay Vaşinqtonda görüş keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Vaşinqton görüşünə razılıq verib. Rəsmi Bakı hələlik heç bir açıqlama verməyib.

 

“Hazırda bu barədə məlumatımız var, Brüssellə bağlı iş heç vaxt dayanmayıb, Brüsseldə görüşün baş tutması üçün işləri davam etdirirlər”, - deyə Marukyan bildirib.

 

Marukyan qeyd edib ki, imzalanmağa hazır olan yekun sülh müqaviləsi layihəsi yoxdur. - "Ümid odur ki, yanvarda gözlənilən xarici işlər nazirləri səviyyəsində biz sazişin mətninin yekunlaşacağı nöqtəyə çatmalıyıq", - o əlavə edib.

 

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Bakıda səfərdə olub. "Dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - səfərdən sonra o yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu