Modern.az

Kommunikasiyaları açmaq üçün addımlara hazırıq - Paşinyan

Kommunikasiyaları açmaq üçün addımlara hazırıq - Paşinyan

Dünya

14 Dekabr 2023, 10:56

"Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır".

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf edən ölkələrin toplantısında deyib.

 

“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz regionda nəqliyyat kommunikasiyalarının açılmasının mümkünlüyü barədə çox danışırıq və müzakirə edirik”, - Ermənistanın baş naziri əlavə edib.

 

O hesab edir ki, Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması realdır.

 

Paşinyanın sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Sülhün qovşağı” konsepsiyasında öz əksini tapıb: "Dünənki mübadiləni “sıfır nöqtəsi” hesab etmək olar".

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu