Modern.az

Bakı və İrəvan birgə sənəd DƏRC EDƏCƏK

Bakı və İrəvan birgə sənəd DƏRC EDƏCƏK

Dünya

14 Dekabr 2023, 12:32

İrəvan Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası komissiyasının iş reqlamentini təsdiqləyib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan məlumat verib.

 

O izah edib ki, bu hələ texniki sənəddir, lakin iş metodologiyası tezliklə təsdiqlənməlidir.

 

"Bundan sonra tərəflər konkret sənədlər və topoqrafik xəritələr üzərində işləməyə başlayacaqlar", - Paşinyanın müavini söyləyib.

 

Qriqoryanın sözlərinə görə, bu gün Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu