Modern.az

Putin mətbuat konfransına ağ fincanla gəldi, söhbətə suverenlikdən başladı

Putin mətbuat konfransına ağ fincanla gəldi, söhbətə suverenlikdən başladı

Dünya

14 Dekabr 2023, 13:32

Rusiya prezidenti Vladimir Putin vətəndaşlarla birbaşa əlaqənin də mümkün olduğu və jurnalistlərin suallarını cavablandırdığı geniş mətbuat konfransı keçirir.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, “İlin nəticələri” adlı tədbir "Qostinıy Dvor"da başlayıb.

 

Zalda federal və regional Rusiya KİV-lərinin nümayəndələri, habelə Rusiyada akkreditə olunmuş xarici jurnalistlər şəxsən iştirak edirlər. Müzakirələrə onun mətbuat katibi Dmitri Peskov, həmçinin "Birinci Kanal"ın aparıcısı Yekaterina Berezovskaya və “Rossiya-1” telekanalının jurnalisti Pavel Zarubin moderatorluq edir.

 

Vətəndaşların sualları internet vasitəsilə qəbul edilib. Bundan əlavə, Putinlə mesaj və zənglə də əlaqə saxlamaq olar. Putinin ağ fincanı masadadır. Vladimir Putin ilk dəfə deyil ki, onu uzunmüddətli mühüm tədbirlərə özü ilə aparır.

 

"Rusiyanın suverenliksiz mövcudluğu qeyri-mümkündür, ona görə də əsas məsələ onu gücləndirməkdir. Maliyyə və texnoloji suverenlik hər bir ölkənin, o cümlədən Rusiyanın gələcəyinin açarıdır”, - Putin bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu