"Hazırda yeni səfərbərliyə ehtiyac yoxdur".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında deyib.
O, Almaniyanın dövlət xadimi Otto fon Bismarkdan sitat gətirib: "Onun sözləri ilə razılaşıram ki, müharibələri generallar deyil, müəllimlər və keşişlər qazanır".
Putin deyib ki, Rusiya Avropa ilə münasibətləri korlamadı, hər şey tərsinə oldu. O, Ukrayna ilə münaqişəni "qardaşlar arasında vətəndaş müharibəsi"nə bənzədib: "Ukrayna Silahlı Qüvvələrində əks-hücumla bağlı heç yerdə heç nə alınmadı".
"Rusiya Federasiyası Vaşinqtonla əlaqələr qurmağa hazırdır, ABŞ vacib və zəruri ölkədir", - Putin əlavə edib.