Modern.az

Türkiyə parlamentindəki müxalifət fraksiyası ləğv olundu

Türkiyə parlamentindəki müxalifət fraksiyası ləğv olundu

Dünya

15 Dekabr 2023, 13:56

Türkiyə Böyük Millət Məclisində (TBMM) Səadət və Gələcək Partiyasının birgə yaratdığı parlament fraksiyasının fəaliyyətinə xitam verilib.

 

Modern.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

 

Buna səbəb fraksiyada təmsil olunan Səadət Partiyasının deputatı Hasan Bitmezin ötəngünkü vəfatı ilə fraksiya üçün minimal hədd olan 20 deputatın üzvlüyünün 19-a düşməsi olub.

 

Qeyd edək ki, Modern.az-ın Təhlil və Araşdırma Qrupu dünən bunun baş verəcəyi ilə bağlı material hazırlamışdı.

 

Xatırladaq ki, Səadət Partiyasının sədr müavini olan H.Bitmez parlament tribunasındakı çıxışı zamanı qəfil özündən getmişdi. O, xəstəxanada dünyasını dəyişib.

 

Səadət və Gələcək Partiyalarının hər biri 10 deputatla parlamentə düşə bilmişdi ki, bunların cəmi fraksiya qurmaq üçün minimal həddi təşkil edirdi.

Bu xəbər ilə bağlı
Türkiyə parlamentindəki fraksiyalardan biri ləğv oluna bilər - SƏBƏB
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza