Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.
Modern.az xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib.
Küveyt dövlət televiziyası Şeyx Nəvafın ölümü ilə bağlı rəsmi açıqlama yayımlayıb.
O, 2020-ci ildən Küveytin əmiri idi, bir müddət əvvəl səhhətində yaranmış problemlər səbəbindən xəstəxanaya yerləşdirilmişdi.