Bu gün 86 yaşında vəfat edən Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Sabahın yerinə 83 yaşlı vəliəhd şahzadə Meşəl əl-Əhməd əs-Sabah təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Vəliəhd 2021-ci ildən, vəfat edən əmir öz vəzifələrinin böyük hissəsini ona təhvil verəndən bəri Küveytin faktiki lideridir.
Qeyd edək ki, Küveytdə 10 günlük matəm elan edilib, rəsmi idarələr üç gün bağlı olacaq. Dünya liderləri Şeyx Nəvafın xatirəsini ehtiramla yad edib, onun varisi Şeyx Məşələ, Əl-Sabah ailəsinə və Küveyt xalqına başsağlığı veriblər.