Modern.az

Ermənistan "Maqnitski aktı"na qoşulmayıb - XİN

Ermənistan

Dünya

19 Dekabr 2023, 11:56

"Ermənistan Aİ-nin dekabrın 4-dəki məhdudlaşdırıcı tədbirlərinə qoşulmayıb". 

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

"Xarici siyasət prioritetlərinə və Aİ ilə tərəfdaşlığa əsaslanaraq, Ermənistan qurumun bəyanatlarını nəzərə alır və tez-tez onlara qoşulur, orada qaldırılan məsələlərə dəstək və həmrəylik nümayiş etdirir. Lakin Ermənistanın dərc olunmuş mesajından da göründüyü kimi, sözügedən qərara qoşulmayıb”, - deyə qeyd olunub.

 

Qeyd edək ki, söhbət "Maqnitski aktı"ndan gedir.

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza