Modern.az

Ermənistandan Rusiyaya qarşı növbəti addım - "Sputnik" cəzalandırıldı

Ermənistandan Rusiyaya qarşı növbəti addım -

Dünya

20 Dekabr 2023, 18:43

Ermənistanın Televiziya və Radio Komissiyası Rusiyanın "Sputnik" radiosunun bu ölkədəki bürosunu cəzalandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə radionun özü məlumat yayıb.

 

“Sputnik Ermənistan” bir ay müddətinə efirdən məhrum edilib. Radionun lisenziyası 30 gün müddətinə tərəfindən ləğv olunub.

 

Digər bir qərarla “Sputnik Ermənistan” radiosunu 500 min dram (təxminən 1200 dollar) məbləğində cərimələyib.

 

Cəzanın verilməsinə səbəb radionun saxta məlumat yayması və insanların şərəf və ləyaqətini alçaltması olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza