Modern.az

Ali Məhkəmə Putinin rəqibini seçkiyə BURAXMADI - YENİLƏNİB

Ali Məhkəmə Putinin rəqibini seçkiyə BURAXMADI - YENİLƏNİB

Dünya

27 Dekabr 2023, 14:42

Rusiyada Ali Məhkəmə Mərkəzi Seçki Komissiyasının Yekaterina Duntsovanın prezidentliyə namizədliyinin irəli sürülməsi üzrə təşəbbüs qrupunun qeydə alınmasından imtinasını təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə SOTA məlumat yayıb. 

 

Belə ki, Rusiya Ali Məhkəməsinin hakimi Oleq Nefedov Mərkəzi Seçki Komissiyasının seçkilərdə iştirak etmək üçün onun təşəbbüs qrupunu qeydə almaqdan imtinasına etiraz etməyə çalışan jurnalist Yekaterina Duntsovanın iddiasını təmin etməkdən imtina edib.

 

***

21.12.2023 / 17:48

 

Rusiyada Prezident seçkilərində namizədliyini irəli sürmüş Yekaterina Duntsova onun təşəbbüs qrupunun qeydiyyat protokolunu təsdiq edən notariusa təzyiq göstərdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Meduza" məlumat yayıb.

 

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin əməkdaşları plandankənar yoxlama üçün notariusa gəliblər. Beləliklə, Duntsova hesab edir ki, hakimiyyət onun dekabrın 20-də MSK-ya təqdim etdiyi təşəbbüs qrupunun qeydiyyatı üçün sənədləri diskreditasiya etməyə çalışır.

 

“Nədənsə Putinin təşəbbüs qrupunun iclasının protokolunu təsdiq edən notariusu yoxlamağa gəlmədilər” - o qeyd edib.

 

Qeyd edək ki, 700 nəfərdən artıq təşəbbüs qrupu dekabrın 17-də Rusiya Federasiyasında keçiriləcək Prezident seçkilərində jurnalist Yekaterina Duntsovanın namizəd kimi irəli sürülməsini dəstəkləyib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək