Belarusun prezidenti Aleksandr Lukaşenko Aİİ və MDB sammitlərində iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb.
Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
Dekabrın 25-də keçiriləcək sammitin gündəliyinə 20-dən çox məsələ daxildir. Bunlara Aİİ-də inteqrasiya proseslərinin gələcək inkişafı üçün əsas istiqamətlərə, beynəlxalq fəaliyyətə, makroiqtisadi siyasətə, maneələrin aradan qaldırılması işinə, ittifaqın daxili bazarında istisnalar və məhdudiyyətlər daxildir.
Dekabrın 26-da isə MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq.