Modern.az

Azərbaycanın hava yolu şirkətləri Ermənistana 90 min avro köçürüb - SƏBƏB

Azərbaycanın hava yolu şirkətləri Ermənistana 90 min avro köçürüb - SƏBƏB

Dünya

25 Dekabr 2023, 10:32

Azərbaycan aviaşirkətləri 2023-cü ildə Naxçıvana uçuşlar və geri dönüş üçün Ermənistana 90 min avro ödəniş edib.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

 

Məlumata görə, Azərbaycan aviaşirkətləri 2021-ci ilin oktyabrından bəri Ermənistanın hava məkanından uçuşlar həyata keçirir.

 

Xatırladaq ki, bundan əvvəl Naxçıvana uçuşlar İranın hava məkanı üzərindən gerçəkləşdirilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir