Modern.az

Paşinyan Peterburqa gedəsi oldu

Paşinyan Peterburqa gedəsi oldu

Dünya

25 Dekabr 2023, 10:40

Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqa gedib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Məqsəd Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammitində iştirak etməkdir.

 

Xatırladaq ki, Ali Avrasiya İqtisadi Şurasının iclası və MDB-nin qeyri-rəsmi sammiti dekabrın 25-26-sı tarixlərində davam edəcək.

 

Məlum olduğu kimi, uzun müddətdir ki, rəsmi İrəvan Rusiya platformalarını boykot edir, nə Ermənistanın xarici işlər naziri, nə parlamentin sədri, nə də Baş nazir Rusiyanın himayəsi altında keçirilən siyasi toplantılarda iştirak edir. Onlar yalnız iqtisadi əlaqələri qoruyub saxlamağa çalışırlar.


Bir müddət əvvəl Ermənistanın hakim partiyasının Gümrüdə keçirilən siyasi toplantısında Nikol Paşinyan və Ararat Mirzoyan gileyləniblər ki, Qərb onların addımlarını düzgün dəyərləndirmir, ona görə də Rusiya ilə yumşaq siyasətə keçməyin vaxtı çatıb. Bununla o, qarşıdakı tədbirlərdə iştirakına aydınlıq gətirib.

 

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Moskva Ermənistandan Nikol Paşinyanın MDB ölkələri liderlərinin ənənəvi qeyri-rəsmi görüşündə, eləcə də Avrasiya İqtisadi İttifaqının rəsmi görüşündə iştirak edəcəyi barədə siqnal alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir