Modern.az

Rusiyada atom enerjisi ilə işləyən buzqıran gəmi YANIB

Rusiyada atom enerjisi ilə işləyən buzqıran gəmi YANIB

Dünya

25 Dekabr 2023, 11:01

Rusiyada atom enerjisi ilə işləyən konteyner gəmisində yanğın olub.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlayıb.

 

Məlumata görə, dekabrın 24-dən 25-nə keçən gecə Murmanskdakı Atomflot körpüsündə "Sevmorput" nüvə konteyner gəmisinin kabinələrindən biri yanıb. Yanğının səbəbi dəqiqləşdirilməyib.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Nüvə qurğusuna heç bir təhlükənin olmadığı bildirilir.

 

“Sevmorput” nüvə yüklü konteyner gəmisi Rusiya Federasiyasında 29 MVt gücündə atom elektrik stansiyasına malik yeganə buzqıran nəqliyyat gəmisidir. O, təxminən 3,7 km/saat sürətlə qalınlığı bir metrə qədər olan buz sahələrində müstəqil şəkildə yeriyə bilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir