Modern.az

Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti paketi almışıq - Ermənistan XİN

Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti paketi almışıq - Ermənistan XİN

Dünya

25 Dekabr 2023, 15:02

"İrəvan sülh müqaviləsi ilə bağlı Bakıdan daha bir təklif paketi alıb".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

 

Qeyd edək ki, bunu daha öncə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov açıqlayıb. Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb:

 

“Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir