Modern.az

Tokayev il ərzində 243 saat 46 dəqiqə HAVADA OLUB

Tokayev il ərzində 243 saat 46 dəqiqə HAVADA OLUB

Dünya

27 Dekabr 2023, 14:26

İl ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 33 gün xarici səfərlərdə, 17 gün isə ölkənin regionlarında səfərdə olub.

 

Modern.az "Kazinform"a istindən xəbər verir ki, bu statistikanı dövlət başçısının mətbuat katibi Berik Uali açıqlayıb.

 

"Ümumilikdə o, 152 921 kilometr məsafə qət edib. Eyni zamanda prezidentin təyyarə və helikopterdə qaldığı vaxt 243 saat 46 dəqiqə olub.

 

Bu, prezidentin ekvator ətrafında təxminən 4 dəfə Yer kürəsini dövrə vurmasına bərabərdir”, - deyə Berik Uali bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək