"2024-2025-ci illərdə Ermənistandakı AES-də iki mühüm layihə tamamlanacaq".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu ölkənin ərazi-idarəetmə nazirinin müavini Hakob Vardanyan mətbuat konfransında bildirib.
O deyib ki, bu, AES-in xidmət müddətinin uzadılması proqramı çərçivəsində həyata keçirilir.
"Bura yeni açıq paylayıcı qurğunun tikintisi və soyutma qüllələrinin təmiri daxildir", - nazir müavini əlavə edib.