"Rusiya Federasiyasının bu səhərki kimi kütləvi raket hücumlarını təkrarlamaq üçün kifayət qədər raket ehtiyatı var".
Modern.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov sosial şəbəkədə yazıb.
“Aydındır ki, işğalçı dövlətin malik olduğu bu cür raket ehtiyatları ilə onlar bu cür hücumları davam etdirə bilərlər və davam etdirəcəklər”, - o əlavə edib.
Xatırladaq ki, Ali Baş Komandanın məlumatlarına əsasən, Rusiya Federasiyası bu gün Ukrayna ərazisinə 122 raket və 36 dronla hücum edib. Onlardan 87 raket və 27 pilotsuz uçan aparatı vurulub.