Modern.az

HƏMAS-ın yüksək vəzifəli 7 üzvü öldürüldü

HƏMAS-ın yüksək vəzifəli 7 üzvü öldürüldü

Dünya

3 Yanvar 2024, 00:21

Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın paytaxtı Beyrutda HƏMAS silahlı qruplaşmasının mərkəzinə zərbə endirib.

 

Modern.az-ın məlumatına görə, dron hücumu nəticəsində HƏMAS-ın yüksək vəzifəli nümayəndələri daxil olmaqla yeddi üzvü ölüb.

 

Təşkilat HƏMAS-ın siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edib.

 

Ölənlərin arasında “İzzəddin əl-Qəssam” briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir