Modern.az

İmamoğlunun AKP-li rəqibi BƏLLİ OLDU

İmamoğlunun AKP-li rəqibi BƏLLİ OLDU

Dünya

7 Yanvar 2024, 10:38

Türkiyədə 31 martda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda namizədinin kim olacağı məlum olub.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, son seçkilərə qədər ətraf mühit və şəhərsalma naziri postunu tutan Murat Kurumdur.

 

AKP rəsmi şəkildə namizədini bu gün keçirəcəyi tədbirlə açıqlayacağını bəyan etsə də, artıq yerli mətbuat namizədin kimliyi ilə bağlı məlumatı dərc edib. Jurnalist İsmail Saymazın əldə etdiyi kulis informasiyasına görə, AKP-dən Kuruma namizədliyi barədə bildirilib.

 

Məlumatın yayılmasından sonra Kurumdan ilk açıqlama belə olub: "Xalqımızın zəlzələ riski ilə bağlı narahatlığını birlikdə aradan qaldırmaq üçün küçə-küçə, məhəllə-məhəllə gəzəcəyik”.

Bu xəbər ilə bağlı
AKP-nin İstanbulda namizədi ODUR - YENİLƏNİB
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər