Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəhbər təyin olunub.
Modern.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Gerald Darman "X" hesabında yazıb.
O bildirib ki, bu vəzifəyə Selin Berton gətirilib: "Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizliyin yeni baş direktorudur".
Nazir vurğulayıb ki, yeni əks-kəşfiyyat rəisi "səriştəsi geniş şəkildə tanınan təcrübəli işçidir".
Daxili işlər naziri Bertonun terrorizmlə mübarizəyə verdiyi töhfəni xüsusi qeyd edib: "Onun fransızların təhlükəsizliyinə fədakarlığı hədsizdir".