Modern.az

İran ABŞ-a məxsus neft tankerini ələ keçirdi

İran ABŞ-a məxsus neft tankerini ələ keçirdi

Dünya

11 Yanvar 2024, 17:22

İranın Hərbi Dəniz Qüvvələri Oman körfəzində ABŞ-a məxsus neft tankerini ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik İran” yayıb. 

 

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin daha əvvəl yaydığı məlumata görə, Oman sahillərində gəminin göyərtəsinə naməlum şəxslər daxil olub. Bundan sonra gəminin öz istiqamətini dəyişdiyi və İranın ərazi sularına doğru hərəkət etdiyi məlum olub. Tankerlə əlaqənin kəsildiyi vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi