Modern.az

Ekvadordakı iğtişaşları araşdıran prokuror sui-qəsdlə qətlə yetirilib

Ekvadordakı iğtişaşları araşdıran prokuror sui-qəsdlə qətlə yetirilib

18 Yanvar 2024, 10:44

Ekvadorun Quayakil şəhərində prokuror Sezar Suares güllələnib.

 

Modern.az xəbər verir ki, "El Universo" qəzetinin məlumatına görə, o, yanvarın əvvəlində gücləndirilmiş təhlükəsizlik şəraiti zamanı televiziya studiyasına edilən silahlı hücumu araşdırırmış.

 

Bildirilib ki, prokurorun maşınına azı 20 dəfə atəş açılıb. Ekvador prokurorluğu X sosial şəbəkəsində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Milli İxtisaslaşdırılmış Bölmənin prokurorunun qətli ilə bağlı istintaqa başladığını açıqlayıb.

 

Ekvador prezidenti Daniel Noboa yanvarın 10-da həbsxana iğtişaşlarının şəhər küçələrinə sıçramasından sonra ölkənin “daxili silahlı qarşıdurma” rejiminə keçdiyini elan edib. Hadisələrdən biri də televiziya studiyasının ələ keçirilməsi olub. Pulemyot və qumbaraatanlarla silahlanmış maskalı şəxslər canlı yayımı kəsərək əməkdaşları girov götürmüşdülər. Ölən olmayıb, 13 cinayətkar həbs edilib.

Bu xəbər ilə bağlı
Ekvadorda iğtişaşlar: Nə baş verir? - DETALLAR
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi