Modern.az

Kosmosa uçan ilk türk kimdir?

Dünya

23 Yanvar 2024, 09:12

Atatürkün “Nə mutlu türkəm deyənə” ifadəsindəki son sözə baxaq.

 

“Türkəm olana” deyil, “Türkəm deyənə” deyir Böyük Atatürk.

 

Günlərdir mübahisə mövzusu olan çuvaş Adrian Nikolayevin, lak Musa Manarovun, qazax Toktar Aubakirovun “Mən Türkəm” dedyini, yazdığını eşidən, oxuyan olubmu?

 

Türk demək Türk dilində danışan, onun mədəniyyətini daşıyan deməkdir.

 

Və məncə, ən əsası isə Türk olmaqla qürur duymaqdır Türk olmaq.

 

Bu 3 kosmonavt içində türk deyə biləcəyimiz tək adam qazax türkü Toktar Aubakirovdur.

 

Ancaq o da biz ona türk deməklə türk olmayacaq…bunu onun özü deməlidir.

 

Aubakirovun belə bir bəyanı yoxdur.

 

Qaldı ki, 30 il bundan əvvəl bir qazağa ya da özbəyə türksən deyənədə yumruqla adamın üstünə gəlirdi ki, türk özünsən.

 

Odur ki, dostlar, istəsək də, istəməsək də kosmosa uçan ilk türk elə Alper Gezeravcıdır, – Türkcə danışır, müsəlmandır, ölkəsinin himnini oxuyur, kosmosa Türkiyənin ay-ulduzlu bayrağını apardı, bütün kosmik bəyanlarında, hətta ISS-ə (Beynəlxalq Kosmik Stansiya) ayaq basan kimi də Atatürkün “İstiqbal göylərdədir” sözünü dedi.

 

Nəhayət, biz istəyəndə (oxu: sərf edəndə) Türk oluruq, istəməyəndə azərbaycanlı.

 

Gəlin əvvəlcə bunu bir dəqiqləşdirək, görək ortaq məxrəcə gələ bilirikmi.

 

Ancaq kim olmağımızdan asılı olmayaraq oxumaq istəmirk, peşələrə yiyələnmirik.

 

Biz şərqliyik daha çox. Bəxtiyar Vahabzadə necə demişdi, yadınızdadırmı?

Ürəyi Şərq ürəyi,

Ağlı Qərb ağlıdır

Türkün.

Bu təzaddan

Sinəsi dağlıdır

Türkün…
 

Bu şərqli qafası ilə istəyirik Qərb bizə raket versin, kosmik gəmi versin.

Versin ki, biz də minək gedək kosmosdan şəkil çəkib Instagram-da paylaşaq.

Bəlkə əsil türk elə belə olandır?..

Yooox, Türk olmaq başqadır, dostlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı