Modern.az

Litva Belarus vətəndaşlarını sərhəddə daha güclü yoxlayacaq

Litva Belarus vətəndaşlarını sərhəddə daha güclü yoxlayacaq

Dünya

31 Yanvar 2024, 17:54

Litva ölkəyə gələn Belarus vətəndaşlarına qarşı yoxlamaları gücləndirmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.

 

Belə ki, Litva hökuməti Şengen vizası ilə ölkəyə daxil olan belaruslara qarşı yoxlamaların sərtləşdirilməsi təklifini təsdiqləyib. Qanun layihəsi parlament tərəfindən qəbul edilərsə, sərhədçilər belarusları daha hərtərəfli və ətraflı yoxlamalardan keçirə biləcəklər.

 

Bununla da Litva hökuməti belarusları Rusiya Federasiyasının vətəndaşları ilə bərabər səviyyəyə qoyub.

 

Bu prosedur onlar üçün 2023-cü ildən qüvvədədir və 2025-ci il mayın 2-dək uzadılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI