Modern.az

Qeydə alınmayan namizəd məhkəməyə müraciət edəcək

Qeydə alınmayan namizəd məhkəməyə müraciət edəcək

Dünya

8 Fevral 2024, 14:52

Rusiya Mərkəzi Seçki Komissiyası müharibə əleyhdarı Boris Nadejdini prezidentliyə namizəd kimi qeydə almamaq barədə qərar qəbul edəndən sonra o, sözügedən qərardan şikayət edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Nadejdin Ali Məhkəməyə gedəcəyini deyib.

 

"Gözlənilən qərar", - Nadejdin qərarı belə şərh edib.

 

“Biz Ali Məhkəməyə gedəcəyik, həmçinin yuxarı instansiya məhkəməsi, Konstitusiya Məhkəməsi var. Təşəkkür edirəm. Sizə ən yaxşısı olsun", - o vurğulayıb.

 

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda keçiriləcək. Səsvermə 15-17 mart tarixlərində davam edəcək.

Bu xəbər ilə bağlı
MSK müharibə əleyhdarını və kommunistlərin namizədini QEYDƏ ALMADI
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri