Modern.az

Zalujni və Zelenskinin kritik GÖRÜŞÜ

Zalujni və Zelenskinin kritik GÖRÜŞÜ

8 Fevral 2024, 20:18

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.

 

Görüş zamanı Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin yenilənməsi müzakirə olunub.

 

Zalujnın sözlərinə görə, “yeni yanaşmalar və strategiyalar” haqqında qərar qəbul edilib.

 

“Biz həmçinin Ukrayna silahlı qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə etdik. Belə bir yeniləmənin vaxtıdır. Mən təklif etdim ki, Valeri Fedoroviç komandada qalmağa davam etsin”, – Zelenski yazıb.

 

“Biz indicə Ali Baş Komandanla görüşdük. Əhəmiyyətli və ciddi söhbət oldu 2022-ci ilin hədəfləri 2024-cü ilin hədəflərindən fərqlidir. Buna görə də hər kəs dəyişməli və yeni reallıqlara uyğunlaşmalıdır”, – Zalujnının Teleqram kanalında deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu