Modern.az

Putin müharibənin davam etməsinin günahını Consonun boynuna qoyub

Putin müharibənin davam etməsinin günahını Consonun boynuna qoyub

Dünya

9 Fevral 2024, 09:36

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist, Donald Trampın tərəfdarı Taker Karlsona verdiyi müsahibədə Ukraynanın Boris Consonun bəyanatlarına görə danışıqlardan imtina etdiyini bildirib.

 

Modern.az xəbər verir ki, müsahibə Kremlin saytında dərc olunub.

 

O, Ukraynanın Rusiya ilə danışıqlardan imtinasını “gülünc və kədərli” adlandırıb.

 

Vladimir Putin qeyd edib ki, Rusiya danışıqlardan imtina etməyib: “Yaxşı, qoy fərmanını ləğv etsin, danışıqlara başlasın. Onların Böyük Britaniyanın keçmiş baş naziri cənab Consonun tələblərinə və ya razılığına tabe olmaları mənə elə gəlir ki, absurddur və çox, necə desək, kədərlidir”, - prezident bildirib.

 

Putin Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyanın sözlərini də misal çəkib, o qeyd edib ki, döyüşlər il yarım əvvəl başa çata bilərdi: “Çünki, cənab Araxamiyanın dediyi kimi: “Bir il yarım əvvəl biz bu hərbi əməliyyatları dayandıra bilərdik, bu müharibəni dayandıra bilərdik, lakin ingilislər bizi inandırdılar və biz bundan imtina etdik”. Cənab Conson indi haradadır? Lakin müharibə davam edir”, - deyə Rusiya prezidenti söyləyib.

 

Rusiya ilə Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onların bərpası yalnız Rusiya qoşunları çıxarıldıqdan sonra mümkün olacaq.

Bu xəbər ilə bağlı
Klinton Rusiyanın NATO-ya daxil olmasına mane olub? - Putin AÇIQLADI
Xəbəri oxu
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi