Modern.az

Makron onu işdən çıxardı

Makron onu işdən çıxardı

9 Fevral 2024, 19:17

Fransa Prezidenti Emmanuel Makron bu yaxınlarda təyin edilən təhsil naziri Ameli Udea Kasteranı istefaya göndərib.

 

Modern.az xəbər verir ki, Fransanın dövlət başçısı onu Nikol Belube ilə əvəzləyib.

 

Qeyd edək ki, Kastera vəzifəyə gəldikdən sonra övladlarının özəl məktəbdə təhsil almasını dövlət məktəbinin vaxt itkisi olduğu ilə əsaslanıb. O, bu fikrinə görə sərt tənqidlə üzləşib.

 

Ameli Udea Kastera təhsil naziri vəzifəsindən çıxarılmasına baxmayaraq, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına cavabdeh olaraq qalır.

 

Fransada həftələrlə davam edən tərəddüddən sonra hökuməti formalaşdırmaq mümkün olub. Ölkənin yeni hökuməti 18 qadın və 17 kişi olmaqla 35 üzvdən ibarətdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı