Modern.az

Ukrayna bu halda müharibəni uduza bilər - Qərb hərəkətə keçir...

Ukrayna bu halda müharibəni uduza bilər - Qərb hərəkətə keçir...

Dünya

10 Fevral 2024, 09:29

Qərb rəsmiləri və hərbi ekspertlər ABŞ-dan kömək olmasa, Ukraynanın 2024-cü ildə döyüş meydanında uğursuzluqla üzləşə biləcəyi fikrini irəli sürüblər.

 

Modern.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

 

Ekspertlərin fikrincə, Ukrayna ordusunda silah-sursat çatışmır və hava hücumundan müdafiə sistemlərinin arsenalını doldurmadan yalnız gələn aya qədər dayana biləcək.

 

Qərb analitikləri güman edirlər ki, mart ayına qədər Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları həyata keçirməsi çətinləşəcək. Yayın əvvəlində Ukrayna Rusiyadan gələn hücumları dəf etməkdə problemlə üzləşə bilər. Amerikanın köməyi olmadan Kiyevin döyüş meydanında hazırkı mövqelərini qoruyub saxlaması çətin olacaq.

 

ABŞ Prezidenti Co Bayden Ağ evdə Almaniya Kansleri Olaf Şoltsla görüşdə də Ukraynaya yardımı müzakirə edib.

 

Görüşdə Qərbin Ukraynaya güclü dəstəyini davam etdirməli olduğu vurğulanıb.

 

ABŞ Konqresindəki respublikaçıları Ukraynaya dəstəyin qarşısını almaqda ittiham edən Bayden bunun az qala cinayət əməli olduğunu bildirib. Sözügedən yardımın Ukraynaya göndərilməsinin vacibliyini deyən Bayden, həm ABŞ, həm də Avropa ölkələrinin bu mövzuda birgə fəaliyyətlərini davam etdirəcəklərini vurğulayıb.

 

Qərb ölkələrinin dəstəyi olmadan Kiyevin öz ərazisini müdafiə edə bilməyəcəyini söyləyən Almaniya Kansleri, ən qısa zamanda Rusiyaya qarşı Ukraynaya yeni yardımların göndərilməsinin lazım olduğunu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi