Modern.az

İndoneziya Fransanın döyüş təyyarələrini almaqdan imtina etdi

İndoneziya Fransanın döyüş təyyarələrini almaqdan imtina etdi

Dünya

11 Fevral 2024, 11:17

İndoneziya hakimiyyət orqanlarının xidmətdə olan təyyarələri modernləşdirmək niyyətinə görə Qətərdən 790 milyon dollara 12 ədəd “Mirage 2000-5” döyüş təyyarəsini almaqdan imtina edib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi “Mirage” qırıcılarının alışının baş tutmayacağını və bu cür planların artıq ləğv edildiyini bildirib: “Yəni müqavilə etibarlı deyil”.

 

Xatırladaq ki, rəsmi Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb.

 

Sənədə həmçinin 14 mühərrikin tədarükü, üç illik texniki yardım, yerüstü dəstək avadanlığı və ekipaj hazırlığı daxildir.

 

Qırıcılar müqavilənin imzalandığı tarixdən iki il ərzində təhvil verilməli idi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi