Modern.az

Məşhur bakılı yumorist xəstəxanaya YERLƏŞDİRİLDİ

Məşhur bakılı yumorist xəstəxanaya YERLƏŞDİRİLDİ

Dünya

12 Fevral 2024, 11:38

Rusiya Federasiyasının xalq artisti, məşhur sovet yumoristi, milliyətcə erməni Yevgeni Petrosyan bilək nahiyəsinin yerdəyişmə sınığı ilə təcili olaraq Moskvada xəstəxanaya yerləşdirilib.


Modern.az-ın məlumatına görə, bu barədə Mash telegram kanalında bildirilib.

Məlumata görə, sənətçi dünən günorta saatlarında paytaxtın mərkəzində, Lesnaya küçəsində gəzinti zamanı yıxılıb. Ona təcili yardım çağırılıb, hazırda xəstəxanadadır.

Yevgeni Petrosyan 1945-ci ilin 16 sentyabr tarixində Bakı şəhərində anadan olub. Onun atası milliyətcə erməni Vahan Petrosyan və anası isə milliyətcə yəhudi Bella Qriqoryevna idi.
Y.Petroysnaın atası Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat müəllimi, anası evdar qadın (ixtisas üzrə kimya mühəndisi) olub.

Uzun illərdir Moskvada yaşayan Yevgeni Petrosyan estrada artisti, yazıçı-yumorist, televiziya aparıcısı kimi məşhurlaşıb.

O, 5 dəfə evlənib.

Birinci arvadı qəzada ölüb. Bu evliliyindən bir qızı doğulub.

İkinci həyat yoldaşı ilə bir il yarım yaşayıb.

Üçüncü arvadı ilə evliliyi də uzun sürməyib.

Dördüncü həyat yoldaşı Yelena Stepanenko komediya aktyoru, Rusiya Federasiyasının Əməkdar artistidir (1995). Cütlük 1985-ci ildən 2018-ci ilə qədər birgə yaşayıb.

Beşinci həyat yoldaşı Tatyana Bruxunova (1989-cu il təvəllüdlü) ilə 2019-cu ilin dekabrında nikaha girib. Bu evlilikdən Vahan  adlı oğlu (13 mart 2020-ci il təvəllüdlü) doğulub.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi