Modern.az

Gürcüstanın turizm gəlirlərində REKORD

Gürcüstanın turizm gəlirlərində REKORD

Dünya

12 Fevral 2024, 12:30

Gürcüstan 2023-cü ildə turizmdən rekord məbləğdə - 4,1 milyard dollar gəlir əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə GürcüstanınMilli Turizm Administrasiyası məlumat yayıb.

 

Bildirilib ki, bu, 2019-cu illə (pandemiyadan əvvəlki dövrlə) müqayisədə 26,2%, 2022-ci illə müqayisədə isə 17,3% çoxdur.

 

Ümumilikdə ölkəyə 7 milyondan çox beynəlxalq səyahətçi səfər edib ki, bu da pandemiyadan əvvəlki ilə müqayisədə 75,6%, 2022-ci illə müqayisədə isə 30,3% çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi