Modern.az

Japarov ABŞ-ni ölkənin daxili işinə qarışmamağa çağırdı

Japarov ABŞ-ni ölkənin daxili işinə qarışmamağa çağırdı

Dünya

12 Fevral 2024, 12:02

Qırğızıstan Prezidenti Sadır Japarov Vaşinqton və digər ölkələrin hökumətlərini respublikanın daxili işlərinə qarışmamağa çağırıb.

 

Modern.az “AKİpress”ə istinadən xəbər verir ki, bu barədə Japarovun ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda deyilir.

 

Qırğızıstan lideri öz məktubunda bildirib ki, Bişkek bərabərhüquqlu əməkdaşlığı dəstəkləyir və ABŞ də daxil olmaqla, bütün ölkə və beynəlxalq tərəfdaşlarla işləməyə hazırdır: “Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamağınızdır”.

 

Qeyd edək ki, bundan əvvəl Blinken Japarova məktub ünvanlayaraq Qırğızıstan parlamenti tərəfindən “Qeyri-kommersiya təşkilatları” barədə qanuna düzəlişlərin nəzərdən keçirilməsindən narahatlığını ifadə edib. Sözügedən düzəlişlərə əsasən, bu cür təşkilatlar siyasi fəaliyyətlə məşğul olarsa və xaricdən maliyyələşərsə, xarici nümayəndə statusu alacaq və xüsusi reyestrə daxil ediləcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi