Modern.az

İrəvan müasir silahları təkcə Hindistan və Fransa almayacaq! - Erməni deputat

İrəvan müasir silahları təkcə Hindistan və Fransa almayacaq! - Erməni deputat

Dünya

12 Fevral 2024, 14:28

Bu gün Ermənistanın təkcə Hindistan və Fransa ilə deyil, həm də hərbi-texniki sahədə ciddi irəliləyişlər əldə etmiş digər dövlətlərlə hərbi-texniki əməkdaşlıq və silahların alınması ilə bağlı çox ciddi razılaşmaları var.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Məsələləri Daimi Komitəsinin sədr müavini Armen Xaçatryan bu barədə “Azatutyun” ilə söhbətində bildirib.

 

“Hər halda, bu gün bizim Hindistan və Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların əldə edilməsi ilə bağlı, artıq məlum olduğu kimi, ciddi razılaşmalarımız var. Amma deməliyəm ki, bizim hərbi-texniki sahədə supergüc olan və ciddi irəliləyiş əldə etmiş dövlətlərlə də razılaşmalarımız var. Təbii ki, biz bu barədə danışmayacağıq, ancaq razılaşma təkcə Fransa və Hindistanda deyil”, - deyən hökumətyönlü deputat “son bir ildə daha böyük işlərin görüldüyünü” vurğulayıb.

 

O, "həmin razılaşmaların nəticələrini çox yaxın gələcəkdə görəcəyik", - deyə əlavə edib.

 

Xaçatryan onu da vurğulayıb ki, Ermənistanın Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair ciddi razılaşmaları var və Rusiyanın qismən yerinə yetirdiyi, lakin hələ də yerinə yetirməli olduğu öhdəliklər var.

 

“Biz ən müasir, ən azı dördüncü və beşinci nəsil sayıla biləcək silahlar alırıq. Biz istifadə edilmiş silahları almayacağıq. Yəni müasir müharibələrin taktikasını öyrənməklə biz də ciddi təhlil aparmış oluruq və 44 günlük müharibənin acı təcrübəsindən artıq bilirik ki, hansı silahlara ehtiyac var, hansı dövlətlər bu silahlara malikdir və onları satmağa hazırdır. Biz əlbəttə, bu ölkələrlə əməkdaşlıq edirik”, - deyə deputat bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi