Modern.az

İctimai iaşə obyektlərində menyuların tərtibi qaydası dəyişir

İctimai iaşə obyektlərində menyuların tərtibi qaydası dəyişir

Dünya

12 Fevral 2024, 14:44

Gürcüstanın ictimai iaşə obyektlərində menyuların tərtibi qaydası dəyişir.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

Artıq restoran, kafe və barlardan bunu elə təşkil etmələri tələb olunur ki, ziyarətçi sifarişin son qiymətini, o cümlədən ƏDV və bütün digər ödənişləri, o cümlədən xidmət haqlarını görsün.

 

Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi İstehlakçıların Hüquqlarının Müdafiəsi Qanununu pozduğu iddia edilən “Respublika” restoranının işini araşdırdıqdan sonra standartın müəyyən edilməsinə qərar verib.

 

Ümumilikdə yanvar ayında agentliyə 60 belə şikayət daxil olub. İki obyekt 1,2 min lari (450 ABŞ dolları) məbləğində cərimələnib, daha 13 obyekt istehlakçıların xeyrinə şərti öhdəliklər götürmək üçün müqavilə bağlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi