Modern.az

Xarici işlər nazirini it dişlədi - FOTO

Xarici işlər nazirini it dişlədi - FOTO

Dünya

12 Fevral 2024, 15:04

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı it dişləyib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə özü paylaşım edib.

 

Kuleba itləri ilə gəzdiyini yazıb. Bu zaman onlara ipsiz və ağızlıqsız gəzdirilən “böyük qəribə it” hücum edib.

 

Ukraynalı nazir əlavə edib ki, xəstəxanaya getməli olub. O, sosial şəbəkədəki səhifəsində dişləmə izləri olan qanlı ayağın fotosunu əlavə edib.

 

Kuleba itlərinin vəziyyətini və hər hansı xəsarət alıb-almadığını açıqlamayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi