Modern.az

Qeydə alınmayan namizəd barəsində protokol tərtib oluna bilər - YENİLƏNİB

Qeydə alınmayan namizəd barəsində protokol tərtib oluna bilər - YENİLƏNİB

16 Fevral 2024, 13:48

Rusiyada prezidentliyə namizədliyi qeydə alınmayan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinə qarşı protokol tərtib oluna bilər.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev bildirib.

 

Onun sözlərinə görə, bu, seçki fondundan 1,1 milyon rublun qaytarılmaması ilə bağlıdır.

 

Qanuna görə, namizədin seçki fonduna könüllü ianə onun alındığı tarixdən ən geci 10 gün müddətində ianəçiyə qaytarılmalıdır.

 

***

15.02.2024 / 14:56

 

Rusiyada Ali Məhkəmə prezidentliyə namizədliyi qeydə alınmayan müharibə əleyhdarı siyasətçi Boris Nadejdinin imza toplayanların siyahısının yanlış forması ilə bağlı ilk iddiasını rədd edib.

 

Modern.az "SOTA"ya istinadən xəbər verir ki, hakim Oleq Nefedov Nadejdinin arqumentlərinə məhəl qoymayıb.

 

Onun lehinə olan imzaların MSK-nın qaydalarına uyğun olmadığı bildirilib.

 

***

12.02.2024 / 15:52

 

Müharibə əlayhdarı olan siyasətçi Boris Nadejdin Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi qeydə alınmadığı üçün Ali Məhkəməyə iki iddia qaldırıb.

Bu xəbər ilə bağlı
Qeydə alınmayan namizəd məhkəməyə müraciət edəcək
Xəbəri oxu

 

Modern.az xəbər verir ki, bu barədə siyasətçi öz teleqram kanalında məlumat verib.

 

Onun sözlərinə görə, üçüncü "əsas" iddianı da qaldıracaq, lakin komandanın "Rusiyanın hər yerindən minlərlə vətəndaşla" əlaqə saxlaması üçün vaxt lazımdır. O, fevralın 16-dan əvvəl bunu edəcəyinə söz verib.

 

O vurğulayıb ki, məhkəmə iddialarından biri əlyazma ekspertinin öz rəsmi rəyini verməməsi ilə əlaqədardır, buna görə 4500-dən çox imza rədd edilib.

 

İmzayığanların notariat siyahısının formasına etiraz mahiyyəti daşıyan digər iddia isə müəyyən bir bölgənin siyahısında bir imzayığan olmadığı üçün bir sıra imzaların rədd edilməsi ilə əlaqədar qaldırılıb: “Amma o, qonşu rayonun siyahısında ola bilərdi. Qanun bu prinsip üzrə imzaların rədd edilməsini nəzərdə tutmur”, - Nadejdin qeyd edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi