Modern.az

Məhkəmə Niderlanddan İsrailə F-35 tədarükünü əngəlləyib

Məhkəmə Niderlanddan İsrailə F-35 tədarükünü əngəlləyib

Dünya

12 Fevral 2024, 16:24

Məhkəmə Niderlanddan İsrailə F-35-in ehtiyat hissələrinin tədarükünü əngəlləyib.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Haaqa apellyasiya məhkəməsinin qərarında deyilir ki, İsrail F-35 qırıcıları üçün ehtiyat hissələrinin "bütün faktiki ixracı və tranziti" yeddi gün ərzində dayandırılmalıdır.

 

İnsan haqları qrupları tərəfindən qaldırılan iddiada Niderlandın ehtiyat hissələrinin tədarükü İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar zamanı “humanitar hüququn ciddi şəkildə pozulmasına” səbəb olduğu iddia edilir.

 

Ehtiyat hissələri ABŞ-a məxsusdur və Amerikanın rəhbərliyi altında beynəlxalq əməliyyat çərçivəsində ixrac müqavilələrinə uyğun olaraq, İsrail də daxil olmaqla, bir neçə tərəfdaşa tədarük edilən Niderland anbarlarında saxlanılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi